Çips və kolayla arıqladı

30 İyul 2014 18:43 (UTC+04:00)
İngilis müğənni Lili Alen, doğumdan sonra çox sürətli verdiyi kiloların sirrini paylaşıb. Qısa zamanda verdiyi kilolarla əvvəlki formasına qayıdan İngilis müğənni Lily Allenin pəhrizi olduqca qeyri-adidir. Bir müddət əvvəl ana olan Allen, ötən günlərdə qatıldığı bir radio proqramı əsnasında sürətlə kilo verməsinin də sirrini açıqlayıb. İngilis müğənni kartof çipsi yeyərək formasını qoruduğunu söyləyib. İngilis qəzetlərindən Daily Mailin xəbərinə görə normal qidalamadığını söyləyən 29 yaşındakı müğənni, düzgün formasını sağlam qidalanan və idmana borclu olduğunu söyləyən bir çox məşhurun ​​əksinə nizamsız qidalanmağa borclu olduğunu deyib.