Bakıda fəhlə tikintidə faciəli şəkildə ölüb

31 İyul 2014 11:14 (UTC+04:00)

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Həsən Əliyev küçəsi-17 ünvanında qeydə alınıb. Həmin ünvanda tikilməkdə olan binada fəhlə işləyən, 1955-ci il təvəllüdlü Sofquliyev Süleyman Sofqulu oğlu yıxılıb və nəticədə dəmir parçası onun ürək nahiyəsinə sancılıb. S. Sofquliyev aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.