Şəkidə 1 tondan çox narkotik kolu aşkarlandı

31 İyul 2014 12:50 (UTC+04:00)

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən çətənə kolları məhv edilib

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən sərhədboyu zonalarda rejim tədbirləri keçiriblər. 


Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən anspress-ə verilən məlumata görə, tədbirlər çərçivəsində Şəki rayonu Öryət kəndi ərazisində hündürlüyü 1,20-1,70 metr olan 2120 ədəd ümumi çəkisi 1350 kq yabanı halda bitmiş narkotik xassəli çətənə kolları aşkar olunub.


Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən narkotik xassəli çətənə kolları müvafiq qaydada məhv edilib.