Azərbaycanlı minaya düşdü

31 İyul 2014 14:16 (UTC+04:00)

Ukraynada azərbaycanlı minaya düşərək ölüb. 


Hadisə qızğın döyüşlərin getdiyi Luqanskda baş verib. Telman Sədi oğlu Cəfərov adlı azərbaycanlı minaya düşərək həlak olub. Bu barədə məlumatı anspress-ə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov deyib.


O, bildirib ki, həmin ərazidə vəziyyət gərgin olduğundan azərbaycanlılar təlaş içindədir: "Hazırda azərbaycanlıların həmin ərazilərdən başqa yerlərə köçürülməsi ilə bağlı fikirlər səslənir".


Qeyd edək ki, həlak olan azərbaycanlı ilə bağlı əlavə məlumatlar veriləcək.