ATƏT Parlament Assambleyasına yeni sədr seçilib
9 İyul 2012 20:09 (UTC+04:00)
ATƏT Parlament Assambleyasına yeni
prezident seçilib. APA-nın
xəbərinə görə, qurumun Monakoda keçirilən sessiyasında bu vəzifə
italiyalı Rikkardo Miqlioriyə etibar edilib.
Toplantıda 5 vitse-prezident də seçilib: Robert Aderholt (ABŞ),
Jan-Şarl Qardetto (Monako), Alan Neri (Fransa), Georgi Sereteli
(Gürcüstan) və Uta Zapf (Almaniya).
Qeyd edək ki, R. Miqliori ATƏT PA-nın vitse-prezidenti idi və 2
müddət siyasi və təhlükəsizlik məsələləri üzrə məruzəçi olub. O,
prezident vəzifəsində Petros Eftimiunu əvəzləyib.