Saxta mineral sulara soda vurulur-ŞOK

31 İyul 2014 16:40 (UTC+04:00)

Ölkənin sərinləşdirici içkilər bazarında, xüsusilə qablaşdırılmış mineral və süfrə sularının istehsalı və satışında olan problemlər bu gün də qalmaqdadır. Bu sözləri Movqe.az-a açıqlamasında "Su İstehsalçıları Birliyi" nin sədri Dövlət Məmmədov  bildirib. D. Məmmədovun sözlərinə görə, bu gün satışda həm keyfiyyətsiz, həmçinin də saxta sular satılır. Birlik sədri həmçinin qeyd edib ki,ölkədə satılan suların çoxunun üzərində mənbə düzgün göstərilmir,bəzən isə mənbə barədə qeyd həqiqəti əks etdirmir: "Qablaşdırılmış suyun üzərində göstərilir ki, su Qafqaz sıra Dağlarından gətirilib. Amma suyun konkret hansı mənbədən götürüldüyü göstərilmir. Qaydaya görə, suyun götürüldüyü mənbə etiketin üzərində göstərilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilməlidir. Bilinmir ki, su Qafqaz sıra dağlarının hansı hissəsindən götürülüb. Bundan başqa bəzi suların üzərində bulaq suyu, yaxud meneral su olduğu qeyd olunur. Amma araşdırılsa bu suların çoxunun adi krant suyu olduğu üzə çıxacaq. Məlum olacaq ki, hətta meneral adı ilə əhaliyə satılan suların çoxunun tərkibinə meneral suyun dadını verməsi üçün xörək duzu, çay sodası və qaz vurulub. Məsələn, bu gün satışda olan "Qax 3", "Yesentuki", "Borjomi", "Narzan", "Vittel", "Evian"  sularının çoxu saxtalaşdırılıb. Əslində  meneral suyun 1 litrinin tərkibində, 10 mq duz olmalıdır. Həmin suların üzərində hansı xəstəliklər üçün müalicəvi olduğu qeyd olunmalıdır. Amma bizdə istehsal olunan suların üzərində belə qeydlərə rast gəlmək mümkün deyil.   Belə suları meneral və müalicəvi su adı altında istehlakçılara satırlar. Qaydaya görə, mineral su   

çıxarıldığı yerdə qablaşdırılmalıdır. Transportirovka edəndə istər Bakda, istər su çənində su öz keyfiyyətini və müalicəvi əhəmiyyətini itirir. Mineral su mənbədə qablaşdırılırsa, etiketin üstündə yazılan yazı ilə suyun tərkibindəki mineral duzların bioloji tərkibi eyni olur. Suyun tərkibi itdikdə sonradan suya süni duzlar vurulur və beləliklə, yenidən "mineral suya" çevrilir. Belə suları çox içəndə orqanizmdə duz balansı pozula bilər". 

D. Məmmədov belə qazlı suların orqanizm üçün, xüsusilə uşaqlar üçün təhlükəli olduğunu bildirir. Onun sözlərinə görə, tərkibində qaz olan sular uşaqlarda, eləcədə böyüklərdə mədə-bağıraq xəstəlikləri yarada bilir.