Leyla Əliyevanın rəsmi saytı fəaliyyətə başlayıb

9 İyul 2012 20:33 (UTC+04:00)
Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın rəsmi saytı fəaliyyətə başlayıb.
www.leyla-aliyeva.az saytında Leyla Əliyevanın fəaliyyəti ilə bağlı bütün məlumatları əldə etmək mümkündür. Sayt Leyla Əliyevanın fəaliyyətini əks etdirən məlumatlar 3 dildə - Azərbaycan, rus və ingilis dillərində təqdim olunur.
"Fəaliyyət" bölməsində Heydər Əliyev Fondu, "Baku" jurnalı, İslam Konfransı Təşkilatı Gənclər Forumu, Rusiya Azərbaycanlı Gənclər Təşkilatında və IDEA (International Dialogue for Environmental Action) Ətraf Mühit Kampaniyası rəsmi saytlarına keçid yerləşdirilib,səfərlər və müsahibələr yer alıb.
Saytda Leyla Əlievanın fotoları və videoları,"Yaradıcılıq" bölməsində Leyla Əliyevanın şeirləri, rəsm əsərləri yerləşdirilib."Bioqrafiya" bölməsində isə Leyla Əliyeva tərəfindən çəkilmiş şəkillər yer alır.