Qusarda dağlıq ərazidə başlayan yanğının söndürülməsinə FHN-nin helikopteri cəlb olunub

8 Aprel 2012 22:07 (UTC+04:00)
Bu gün Qusarın Zuxul və Yuxarı Tahircal kəndləri istiqamətində dağlıq ərazidə kol-kos yanması müşahidə olunur.APA-nın FHN-nin rəsmi saytına istinadən yaydığı məlumata görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və vasitələri və aviasiya dəstəsinin 1 ədəd helikopteri cəlb olunub. Hal-hazırda yanğının söndürülməsi və meşə zolağına keçməsinin qarşısının alınması üçün zəruri tədbirlər görülür.