Yazıçı Qabriel Qarsiya yaddaş zəifliyindən əziyyət çəkir

9 İyul 2012 22:35 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, məşhur Kolumbiya yazıçısı Qabriel Qarsiya Merkes yaddaş zəifliyindən əziyyət çəkir. Bu xəbəri yazıçının qardaşı Xayme Qarsiya Merkes deyib. Onun sözlərinə görə : "  Qardaşım Qabriel fiziki cəhətdən sağlamdır , lakin o, yaddaşının zəifləməsindən  əziyyət çəkir. Qardaşımın vəziyyəti barədə çox xəbərlər olur, bəzi mənbələr isə onun öldüyü barədə məlumat verib ". Lakin Qabriel optimistliyini və gələcəyə inamını itirmir. Onu da qeyd edək ki, Qabriel Qarsiya Merkes mart ayında 85 illiyini qeyd etmişdir. Yazıçı "Yaratmaq üçün yaşamaq " adı altında bir cild xatirələr kitabını çap etdirib. Digər iki cild kitabın çapı isə xəstəliyi üzündən hələ də qalıb.