Nərimanov rayonunda 2 nəfər liftdə qalıb

9 İyul 2012 23:07 (UTC+04:00)
 Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən ikinci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti üçüncü mərtəbəyə qaldırmış və qapılarını açaraq vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:10-da başa çatmışdır.