Röyaya ad günü hədiyyəsi etdilər - Video

10 İyul 2012 12:45 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycanın populyar müğənnisi Röyaya ad günü hədiyyəsi ediblər.

Bir neçə gün bundan öncə 30 yaşı tamam olan Azərbaycan estradasının bir nömrəli müğənnisi Röya Ayxana edilən hədiyyələrdən biri nəhayət mətbuata da təqdim olundu.

Bu, Röyanın repertuarında hit olan, elə öz adı ilə bağlı "Röyayam" mahnısına hazırlanan klipdir. Klipə rejissorluğu Lider TV-nin "Fotoşok" verilişinin məşhur aparıcısı Novruz Məmmədov edib. Bu işdə ona elə "Röyayam" mahnısının söz müəllifi Ülviyyə Alovlu dəstək olub.

Yeri gəlmişkən, bu klip Novruzun ilk rejissor işidir. Klipin əsas ana xəttini Röyanı Röya edən çılğın xasiyyəti, möhtəşəm səhnə performansı və tamaşaçı sevgisi təşkil edir.

Həmin klipi ilk olaraq sizə təqdim edirik: