“Xoca” filmi "Qızıl portağal" film festivalına təqdim edildi

10 İyul 2012 13:02 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, "Xoca" filmi oktyabrın 6-dan 12-nə qədər Türkiyədə keçiriləcək 49-cu Antalya Beynəlxalq "Qızıl portağal " film festivalının seçim komitəsinə təqdim olunub.

Qeyd edək ki, "Xoca" filminin festivalda iştirakı ilə bağlı son qərar seçim komitəsinin avqust ayında çıxaracağı yekun rəyə əsasən müəyyən ediləcək. 
"Qızıl portağal" dünyanın nüfuzlu film festivallarından biri hesab edilir.
Hər il burada dünyanın məşhur kino xadimləri və ulduzları iştirak edir. 
Xatırladaq ki, filmin rejissoru Vahid Mustafayevdir.

Türkan Nadirqızı

Movqe.Az