Leonid Aqutin və Röyanı nə birləşdirdi

11 İyul 2012 12:54 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Rusiyanın məşhur ifaçısı Leonid Aqutin və Röya bir araya gəlib.

22 iyul Milli Mətbuat günündə tanınmış müğənni Röya Ayxan və Rusiyanın məşhur ifaçısı Leonid Aqutin "Bakı-Moskva" adlı konsert proqramı ilə çıxış edəcəklər.

Konsertə ciddi şəkildə hazırlaşan Aqutin maraqlı bir hərəkət edib. Müğənni Facebook-da şəxsi səhifəsində Röya ilə keçiriləcək konsertin piyar işlərini aparıb.

Biletin şəklini səhifəsinə yerləşdirən müğənni yazır: "Şou möhtəşəm olacaq. Röya və mənim konsertim unudulmaz anlarla yadda qalacaq. Biletlər Bakı şəhərinin bütün kassalarında satılır".

Konsert 22 iyul saat 21:00-da "Buta Palace"də keçiriləcək.


Türkan Nadirqızı

Movqe.Az