Lopez kinorejissor olacaq

10 İyul 2012 15:29 (UTC+04:00)
Movqe.Az bildirir ki, Bir neçə həftə sonra 43 yaşı tamam olacaq Cennifer Lopez bir çox işi bir yerdə icra edir.

Enrike İqlesiasla çıxacağı turneyə hazırlanan Lopez bir filmin rejissorluğunu boynuna götürür. Homoseksual bir cütlüyün qız uşağı övladlığa götürməsindən sonra qızın yetkinlik yaşına çatması ilə yaşanan vəziyyətlərdən bəhs edəcək filmin dram janrında olması gözlənilir.

Lopez "Fly Girls" adlı rəqs qrupu ilə də bir proyekt üzərində çalışır.