Movqe.Az xəbər verir ki, Azərbaycanda maşın dərəyə yuvarlanaraq yandı. Hadisə nəticəsində nişanlı qız ölüb.
Qeyd edək ki, hadisə
ötən günlərin birində Quba-Qonaqkənd yolunun 37-ci kilometrliyində
baş verib. Regional TV kanalının verdiyi məlumata əsasən, iyul
ayının 9-u axşam saatlarında Quba rayonu ərazisində bir nəfərin
ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat
hadisəsi baş verib.
Adıgözəlov Qalib adlı şəxsin idarə etdiyi
"Villis" markalı avtomaşının təkəri çıxıb və maşın dərəyə aşıb.
Nəticədə həmin şəxsin qızı 23 yaşlı Adıgözəlova
Rəmziyyə hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Türkan Nadirqızı
Movqe.Az