Yaşar Nurinin vəziyyəti pisləşdi

10 İyul 2012 19:00 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycanın xalq artisti Yaşar Nurinin vəziyyəti pisləşib.

Xatırladaq ki, Yaşar Nuri iyunun 23-də Azərbaycana qayıtmışdı. Lakin bir neçə gün öncə vəziyyəti yenidən pisləşən xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nuri bu gün səhər yenidən Türkiyəyə aparılıb.
Hal-hazırda aktyorun səhhəti barədə heç bir məlumat yoxdur.

Türkan Nadirqızı

Movqe.Az