Məktəbə silahlı hücüm edilib

10 İyul 2012 16:35 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Pakistanın Əfqanıstan sərhədi yaxınlığındakı Maşo Gaqarda silahlı şəxslər tərəfindən dövlət məktəbinə bombalı hücum təşkil edilib. Səlahiyyətlilər şiddətli partlayışda binanın yerlə yeksan olduğunu, məktəbin tətildə olması səbəbilə can itkisi olmadığını açıqlayıb. Pakistanda Taliban hərbiçilərinin  olduğu şimal-qərb bölgələrində yüzlərlə məktəb partladılıb.