Sabiq Prezident ittiham olundu

10 İyul 2012 16:42 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İsrailin keçmiş baş naziri Ehud Olmert haqqındakı 3 sui-istifadə iddiasının birindən təqsirkar bilinib. Qüds məhkəməsi Olmerti Sənaye, Ticarət və Əmək naziri olduğu dövrdə proyektlərdə yaxın yoldaşına üstünlük verməkdə ittiham edib. Olmert haqqında verilən qeyri-qanuni olaraq bir amerikalı sponsordan kömək qəbul etmək, yəhudi qruplarının xarici səyahətləriylə əlaqədar ikili faktura çıxarmaq iddiaları isə ləğv olunub. Xatırladaq ki, Olmert haqqındakı iddialar 2006-cı ildə baş nazir olduqdan sonra açılmışdı, ancaq iddia mövzuları Olmertin Qüds bələdiyyə sədri və nazir olduğu dövrlərə təsadüf edir.