Azərbaycan Diasporu - ensiklopedik məlumatlar toplusu işıq üzü gördü

11 İyul 2012 13:15 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, "Azərbaycan Diasporu - ensiklopedik məlumatlar toplusu" işıq üzü görüb. Qeyd edək ki, bu toplunun müəllifi tarix elmlər doktoru Məryəm Seyidbəylidir.

AR Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının onuncu ildönümü münasibətilə nəşr olunmuş topluda AR Prezidentinin diasporun inkişafına xidmət edən fərman və sərəncamları, müxtəlif vaxtlarda diaspor nümayəndələri ilə keçirdiyi görüşlər, diasporumuzun görkəmli nümayəndələri və dövlət təltiflərinə layiq görülmüş xaricdə yaşayan azərbaycanlılar, Azərbaycan diasporunun tarixi, məskunlaşma coğrafiyası, diaspor təşkilatlarının nəzdində fəaliyyət göstərən kütləvi informasiya vasitələri haqqında məlumatlar toplanmışdır.

Bununla yanaşı, topluda Dünya azərbaycanlılarının I, II və III qurultayları, eləcə də diaspor təşkilatlarının iştirakı ilə keçirilmiş yüksək səviyyəli digər tədbirlər, habelə diaspor mövzusuna dair terminlər, anlayışlar, maraqlı məlumatlar da öz əksini tapıb.

Türkan Nadirqızı

Movqe.Az