“Canlı yuyunan manikenlər” sərgisi açıldı

10 İyul 2012 17:44 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İngiltərədə açılan sərgi adından da göründüyü kimi canlı şəkildə yuyunan manikenlərlə əlaqədardı. Ziyarətçilər divarlarda açılan dəliklərdən duş qəbul edən manikenləri canlı olaraq izləyir.

İngiltərədəki Milli Qalereyada tanınmış sənətçi Mark Vallinqerin şərəfinə açılan sərgiyə axın çox böyükdür.

16-cı əsrdə yaşamış məşhur İtalyan rəssam Titianın tablolarından ilhamlanaraq hazırlanan sərgidə ziyarətçilər açar dəliklərindən duş qəbul edən manikenləri izləyir.

"Diana" adlı yeni layihəsii üçün Twitterdə elan verdiyini və 6 manikeni işə götürdüyünü söyləyən Vallingqer modellərin 2 saatda bir yer dəyişdirdiyini söyləyir.

Modellərin hamısına layihə ilə eyni adı verdiyini söyləyən Vallinqer bunları söyləyib: "Yunan mifologiyasından gələn Tanrı tərəfdarı Diana əfsanəsində olan duş səhnəsini günümüzə uyğunlaşdırmaq istədim və ortaya belə bir iş çıxdı."

Mifologiyada ovçuluğun tanrısı olan Diana çılpaq olaraq yuyunarkən marala çevrilər.