Təyyarə şaha qalxdı - FOTOLAR

10 İyul 2012 18:26 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İstanbuldakı Atatürk Havalımanındakı əsas üçüş hissəsində dayanmış təyyarə görənləri yaranan mənzərə qarşısında şok edib. Nəhəng sərnişin təyyarəsi sanki şaha qalxmış kimi dayanırıb.

Dərhal hadisə yerinə gələn hava limanının rəsmiləri hadisəni araşdırıb və işin əsli ortaya çıxıb. Adriatik Hava yolları tərəfindən ehtiyat hissələrinə ayrıldıqdan sonra bir firma tərəfindən parçalanmaq üçün satın alınaraq əsas uçuş hissəsinə çəkilən təyyarənin səhv sökülməsi səbəbiylə burnu havaya qalxıb.