Karların gözəllik müsabiqəsi keçirilib

10 İyul 2012 19:20 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Praqada karların beynəlxalq gözəllik müsabiqəsi keçirilib. Müsabiqədə 48 iştirakçı iştirak edib. Müsabiqənin birincisi Ukrayna təmsilçisi 21 yaşlı kar qız Mariya Yasevyuk olub. Mariya təkcə gözəlliyi ilə deyil , həm də mükəmməl tanqo rəqsi ilə münsiflər heyətinin rəğbətini qazanıb. Mariya  Yasevyuk  karlar arasında " Miss Avropa  " tituluna layiq görülüb.