Movqe.Az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının sakini Andre Devid səhvən ömrünün 32 ilini həbsxanada keçirib. Hələ 1980-ci ildə Andreni uşağa təcazüv edib, öldürməsi ilə təqsirli biliblər və onu azadlıqdan məhrum ediblər. O,32 il ciddi həbsxana rejimində qalıb. Lakin bəzi vəkillərin təkidi ilə DNT testi aparılanda məlum olub ki,Andre Devid törətmədiyi cinayətə görə həyatının 32 ilini həbsxanada keçirməli olub.O, İyul ayının 6-ı 2012-ci ildə azadlığa buraxılıb. İndi Andre Devid , ailəsinin yanına qayıdıb və həyata optimist baxır.