Hündür daban ayaqqabı geyinən bütün qadınlara xəbərdarlıq

11 İyul 2012 02:50 (UTC+04:00)
Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ayaq cərrahı həkim Tahir Öğüt hündür daban ayaqqabı geyinən bütün qadınlara xəbərdarlıq etdi. Cərrahın sözlərinə görə ,   hündür daban ayaqqabı geyinməyi xoşlayan qadınlar bu barədə özlərinə limit qoymalıdırlar. Dabanın hündürlüyü 4 santimetri keçməməlidir. Əks halda bu qadınların ayaqlarında ağrılara və barmaqların defarmasiyasına gətirib çıxaracaq.