Meksikada quş qripi aşkarlanıb

11 İyul 2012 12:26 (UTC+04:00)
Movqe.Az İngiltərənin "Telegraph" qəzetinə istinadən xəbər verir ki, Meksikada quş qripinə rast gəlinib. Bu haqda məlumatı Meksikanın Kənd təsərrüfatı Nazirliyi verib. Quşçuluq fermasında aparılan yoxlamalar nəticəsində 148 fermadan 31-də quş qripi aşkarlanıb. 34 fermada isə təhlükəli vəziyyətlə qarşılaşıblar. Bunun qarşısını almaq üçün son üç həftə ərzində 2,5 milyon quş yandırılıb. Meksika quş qripindən ilk dəfə iyunun 20-si xəbər tutub, lakin mətbuata bu xəbər 2 iyul tarixində çatıb.