Şok iddia!

11 İyul 2012 12:51 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, bu günlərdə Holivud mediasında ən çox danışılan mövzu Keyt Holmes-Tom Kruz cütlüyünün 5 illik evliliklərinə nöqtə qoymaq qərarına gəlmələridir. Hadisələrin əvvəlindən bu yana mövzu ilə əlaqədar müxtəlif versiyalar səslənir. Kruzun Holmesdən sıxıldığını söyləyənlər də var, Holmesin Kruzun bağlı olduğu "Scientology" təriqətinin qaydalarına görə yaşamağa daha dözə bilmədiyini qarşıya qoyan da var.

ŞÜBHƏLƏNİRDİ

Mövzuyla əlaqədar ən təəccüblü iddia, Hollivudun əsas maqazin saytlarından olan "Dramarama"dan gəldi. Saytın iddiasına görə, KeytHolmes və Kruzun ailə dostları David Bekhamla yataqda tutub.

Bir müddətdir Kruz və Bekham arasındakı əlaqənin dostluq sərhədlərini aşdığından şikayət edən və aralarında cinsi əlaqə yaşandığından şübhələnən ulduz, bu hadisədən sonra boşanma qərarına gəlib.