Azərbaycanda polis əməkdaşı bıçaqlanıb

11 İyul 2012 12:58 (UTC+04:00)
Bakıda polis əməkdaşı bıçaqlanıb. Bu barədə APA-ya Klinik Tibbi Mərkəzdən bildirilib. Hadisə ötən gecə Bakının Yasamal rayonunda qeydə alınıb. Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinin əməliyyat müvəkkili, 37 yaşlı Emin İdris oğlu Məmmədov naməlum şəxslər tərəfindən bıçaqlanıb. O, çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Yasamal Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə polis baş-leytenantı Emin Məmmədovun xidməti vəzifəsini yerinə yetirdiyi zaman törədilib. Hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.