"Facebookun" depresiya ilə əlaqəsi yoxdur

11 İyul 2012 15:07 (UTC+04:00)
Movqe.Az bildirir ki, ABŞ-ın "Wisconsin" Universitetinin Tibb fakültəsindən olan Lauren Jelençik və qrupu, "Facebook" və digər sosial şəbəkələrin istifadəsinin depresiya riskini artırmayacağını bildirib. Jelençik araşdırmanın sosial şəbəkələrin istifadəsi və depressiya riski ilə əlaqəli olması ilə bağlı iddialara ilk dəfə elmi dəlil gətirdiyini açıqlayıb.

Tədqiqatçılar bundan əlavə, yalnız "Facebook"un deyil, elektron poçt və ya virtual söhbət kimi internet vasitəsilə digər rabitə üsullarının istifadəsinin depresiya ilə əlaqəli ola bilməyəcəyini də vurgulayıblar. Gənclərin sağlamlığı ilə əlaqədar "Le Journal" jurnalında nəşr olunan araşdırmaya vaxtının yarısını internetdə keçirən 18-23 yaşlarında olan 190 gənc qatılıb.