Sizi həbsə sürükləyən 6 kompüter cəzası

11 İyul 2012 17:02 (UTC+04:00)

Movqe.az xəbər verir ki, dünyanın müxtəlif ölkələri son texnologiyalara maneə törədərək vətəndaşlarının fikirlərini internetdə paylaşmasının qarşısını almaq istəyirlər. Çoxumuz internetdəki azad həyatımızın dəyərinin əslində çox da fərqində deyilik.  Ancaq bu azadlığı xəyal edənlərin sayı heç də az deyil. Bəzi ölkələrdə işləndiyi halda həbsə düşə biləcəyiniz 6 kompüter cəzası:

Skype və onlayn sesli söhbət

Efiopiyada bir qanun layihəsinin məqsədi Skype və VoIP xidmətlərini qanunsuz saymaqdır.  Qanun, şirkətlərin öz VoIP xidmətlərinə də mane olsa da, qanunun bir sətrində yazılır: Skype ilə internetdən zəng etmək, vətəndaşın 3 il həbs ilə cezanlandırılmasına şərait yardır. Ölkədə 2002-ci ildə qəbul olunmuş qanuna görə internet yolu ilə səsli ünsiyyət və faks xidmətlərinin istifadəsi qadağandır.

Bloqçuluq və e-poçt çatdırma

Bəzi avtoritar rəhbərliklər, xoşlarına gəlməyən hər cür danışığı gizlətmək istəyirlər. Məsələn, 2005-ci ildə Human Rights Watch hesabatına görə, Suriya hökuməti, vətəndaşlarını fikirlərini onlayn paylaşmağa mane olub. Bununla belə hökumət, siyasi zarafatları e-poçt ilə çatdırmağı da qadağan edib.

Şərh etmək və adsız gəzmək

Suriya Human Rights Watchın 2007-ci il hesabatına görə, hökumət haqqında fikir bildirən iki adamı həbs etdirib. Səlahiyyətlilərin xoşuna gəlməyən şərhlər edən bir neçə adam da 2 il həbsə məhkum olub.

Krala və ya dinə hörmətsizlik etmək

Bəzi ölkələrdə insanlar, rəhbərliyi tənqid etməkdən əlavə, yalnız kralı və ya dini tənqid etmək səbəbiylə tutulurlar. Taylanddakı bir Amerika vatəndaşı "monarxiyaya hücum" adı ilə bir məqaləni tərcümə edərək bloqunda nəşr etdiyi üçün həbs olunub. Taylanddakı qanunlar görə, monarxiyanı təhqir edənlər 15 ilə qədər həbslə cəzalanır. İndoneziyada isə bir adam, Facebook  sosial şəbəkəsində "Tanrı yoxdur" deyə bir status paylaşdığından 2 il 5 ay həbsə məhkum olub.

Onlayn qumar

Onlayn qumar oyunları, bir çox ölkədə qanuni olsa da, məsələn, ABŞ-da belə deyil. Amerika hökuməti indiyə qədər yalnız qumar səhifə işlədənləri həbs edib. Facebook-da ofis səviyyəsində qumar oyunu təqdim etməyin həbs edilməylə nəticələndiyi barədə hər kəsə xəbərdarlıq olunub.

Fayl paylaşımı

Fayl paylaşımı ittihamları, ümumiyyətlə hüquq məhkəmələrində həll edilir və həbs olunma ilə nəticələnir. Bəzi ölkələrdə isə fayl paylaşımını fərdi məqsədlərlə istifadə etmək tamamilə qanunidir. Məsələn, Hollandiyada faylları fərdi istifadə üçün yükləmək qanunlara uyğun olaraq qiymətləndirilir.