Gecə küçəyə çıxma qadağası

11 İyul 2012 16:59 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Almaniya hökuməti ölkədə son dövrdə etdirdiyi bir araşdırmada 15-20 yaş arasındakı gənclərin alkoqol zəhərlənməsi nisbətlərinin 2010-cu ildən bəri təxminən 3 faiz nisbətində artdığını müəyyən edib. Bundan sonra hökumət fəaliyyətini artırıb. Ailə naziri Kristina Şröder gənclərin alkoqol istehlakının nəzarət altına alınması üçün qanun layihəsi hazırlayıb. Layihə 16-18 yaşlı uşaqların gecə saat 20.00-dan sonra alkoqollu içkilərə icazə verilən yerlərdə olmasını qadağan edir. Gənclərə nəzarət edən şəxsin də yaşının ən az 21 olması vacibdir.