Hotel biznesi ilə məşğul olmaq planlarımız yoxdur”
11 İyul 2012 20:21 (UTC+04:00)
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ)
Monteneqroda turizm layihəsi üzrə tenderə qatılması şirkətin
planları deyil və Azərbaycanın turizm şirkətlərinə dəstək
göstərilməsi məqsədi daşıyır.
"APA-ECONOMICS"in xəbərinə
görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, Azərbaycanın bəzi turizm şirkətləri həmin
layihədə tenderə qatılmaq istəsələr də, imkanları tenderdə qoyulan
tələblərə cavab verməyib: "Ona görə də ARDNŞ Azərbaycanın ən böyük
şirkəti və iqtisadiyyatının lokomotivi olaraq, eləcə də beynəlxalq
səviyyədə layihələr həyata keçirən və Avropada tanınan şirkət
olaraq Azərbaycanın turizm şirkətlərinə dəstək məqsədilə bu tenderə
qatılıb".
R.ABdullayev qeyd edib ki, ARDNŞ bu layihəyə investisiya qoymaq
niyyətində deyil və belə planları da yoxdur: "Məqsəd Azərbaycanın
turizm şirkətlərinə təşkilati və hüquqi dəstək göstərməkdir.
Layihənin idarə olunması ilə Azərbaycanın turizm şirkətləri məşğul
olacaq. ARDNŞ-ın hotel biznesi ilə məşğul olmaq planları
yoxdur".