Tarixi eksklüziv Kadillak satışa çıxarıldı

11 İyul 2012 20:14 (UTC+04:00)
Movqe.Az "The Sun  " qəzetinə istinadən xəbər verir ki, Amerika Birləşmiş ştatlarının cinayət kralı olan Al Kaponenin sedan tipli Kadillak V-8 avtomobili satışa çıxarılır. Hələ avtomatların və silahların sözünü dediyi zamanda, yəni İkinci Dünya Müharibəsi ərəfəsində bu maşın Al Kaponinin çox köməyinə çatıb. Bu avtomobil eksklüziv olaraq, Al Kaponi üçün hazırlanmışdır. Avtomobilin ağırlığı yarım tondur, şüşələr güllə keçirməyən materialdan hazırlanmışdır. Şüşələrin qalınlığı 2,5 sm-dir.Kadillakın bəzi yerlərində qızıldan istifadə olunmuşdur. Avtomobilin ilkin qiyməti yarım milyon dollar həcmində qiymətləndirilir. Lakin avtomobilin tarixililiyi və istifadə olunmuş materiallar onun daha baha satılacağı faktını təsdiqləyir. Bu avtomobildən   İkinci Dünya Müharibəsi ərəfəsində prezident Ruzvelt də istifadə etmişdir.