İtlər uşaqları bəzi infeksiyalardan qoruyur

12 İyul 2012 12:55 (UTC+04:00)

Movqe.Az "Hindustan times"ə istinadən xəbər verir ki, elm adamlarının apardığı tədqiqatlar nəticəsində müəyyən olunub ki, evlərindəki itlərlə oynayaraq vaxtlarını keçirən uşaqlarda qulaq infeksiyaları və tənəffüs yolu xəstəliklərinə təsadüf olunmur. Bu haqda məlumat ABŞ-ın " Pediatrics" jurnalında çap olunub.Pişiklər də uşaqları bu xəstəliklərdən müdafiə edir, lakin itlərin təsirləri daha güclüdür. Tədqiqatlar Finlandiyada 397 uşaq arasında aparılıb. Finlandiya Kuopio Universitet xəstəxanasının mütəxəssislərinin sözlərinə görə tədqiqatlar əsnasında müəyyən olunub ki, evlərindəki itlərlə daim təmasda olan uşaqlar daha sağlamdır.