Bu halda tapıldı!

12 İyul 2012 13:17 (UTC+04:00)
Movqe.Az bildirir ki, Hələ 12 həftəlikkən sahibləri tərəfindən  tərk edilən bala it, küçədə bu halda tapılıb. İngiltərədə "Staffordshire Bull Terrier" cinsi bir bala it, sahibləri tərəfindən küçəyə atılıb.

Bir dəri xəstəliyinə tutulan yazıq it, keçən həftə bölgədə dayanmadan yağan yağışlarda yaş halda sığınacaq bir yer axtararkən sığınacağa aparılıb. Sığınacağın müdiri Amanda Sands, itin tapıldıqda qorxunc bir vəziyyətdə olduğunu söyləyib. Dəri xəstəliyi anasından keçmiş ola biləcəyini bildirən Sands, tükləri olmayan itin ətrafdakı səslərdən diksindiyini bildirib.

Tamamilə sağalması bir neçə ay davam edəcək olan itə lazım olduğu kimi baxan yeni bir ailə axtarılır.