Yaponiyanın cənubuna leysan yağışlar yağıb

12 İyul 2012 13:51 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Yaponiyanın cənubuna yağan güclü yağışlar fəsadsız ötüşməyib. 4 nəfər ölüb, 18 nəfər isə itkin düşüb. Yağışlar Yaponiyanın cənubuna Kyusyu adasına düşüb. Bu haqda məlumatı bugün xəbər agentliyi verib.Əhalinin bəzi yerlərdən köçürülməsi gözlənilir. Metereoloqlar yenə yağışların yağacağını söyləyir.