Yeni Sosial Şəbəkə yarandı .Yaradıcısı-Ledi Qaqa
12 İyul 2012 14:57 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Amerikalı
müğənni Ledi Qaqa yeni sosial şəbəkə yaratdı. Ledi Qaqa sosial
şəbəkəsini "Little Monsters " adlandırıb. Xatırladaq ki, müğənni öz
fanatlarını da belə adlandırır. Sosial şəbəkəyə daxil olduqda ilk
bu yazı gəlir: "Evinizə xoş gəlmisiniz, balaca canavarlar ".
Www.littlemonsters.Com
Ledi Qaqanın sosial şəbəkəsi digər şəbəkələr kimi fəaliyyət
göstərəcək. Sosial Şəbəkədə istifadəçilər bir-biri ilə ünsiyyət
saxlaya , şəkil və videoları paylaşa biləcək.Hətta hər hansısa bir
foto və ya videonu bəyənə bilərlər.Qeyd edək ki, Ledi Qaqanın
" Twitter" -də 25 milyondan çox izləyicisi var.