"Qışqırıq" (Scream) rəsmini 120 000 000 dollara alan şəxsin adı açıqlanıb

12 İyul 2012 15:44 (UTC+04:00)
Hələ may ayının əvvəlində hərraca çıxarılan  "Qışqırıq" rəsminin satıldığı haqqında məlumat Movqe.Az saytında verilmişdi. Movqe.Az Wall Street Journal- a istinadən xəbər verir ki, məşhur "Qışqırıq" (Scream) rəsmini 120 000 000 dollara alan şəxsin adı açıqlanıb. Norveçli Eduard Minkin  "Qışqırıq" rəsmini biznesmen ," Apollo Global Management " şirkətinin sahibi Leon Blek alıb. Leon Blekin özü  hərraca gəlməmişdi. Onun əvəzinə hərrac evinin vitse-prezidenti Çarlz Moffet iştirak edirdi.