Canlı yayımda baş verdi - VİDEO

12 İyul 2012 18:28 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, yayım aparan yerli "Mərcan TV"nin müxbiri Filiz Ertaş ana xəbər bülletenini təqdim edərkən 5 yaşındakı qızı Ece studiyaya girib. Canlı veriliş əsnasında studiyaya girən kiçik Ece anasının ayaqlarına sarılıb. Hər kəsi çaşdıran hadisə zamanı müxbir qızının davranışına reaksiya verməyib, sıradakı xəbəri oxumağa davam edib. Televiziya əməkdaşlarının işarəsi ilə kiçik Ece anasının xəbər təqdim etdiyi masanın altına girərək gizlənib.