Dünyanın ən bədbəxt pişiyinə ev axtarılır - FOTOLAR

1 Sentyabr 2014 11:51 (UTC+04:00)
ABŞ-ın Vaşinqton şəhərində olan bir heyvan reabilitasiya mərkəzində yaşayan Tucker adlı pişik, dünyanın ən bədbəxt pişiyi olaraq qəbul edilir. Movqe.Az xəbər verir ki, genetik pozuqluqdan ötəri üzündə davamlı bədbəxt ifadə olan pişiyə xeyirxah sahib axtarılır. Dərisi incə olduğu üçün bədənində çürüklər olan və çox  tük itirən kiçik pişiyə, bədənini qorumaq üçün daim xüsusi köynək geydirilir.