“Mitsubishi” və “Kia” markalı 2 minik avtomobili toqquşub

12 İyul 2012 19:11 (UTC+04:00)
Movqe.Az Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadən xəbər verir ki,  Ağcabədi rayonu ərazisində "Mitsubishi" və "Kia" markalı 2 minik avtomobili toqquşmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "Kia" markalı avtomobilin sürücüsü və "Mitsubishi" markalı avtomobildə olan 2 nəfər yaralanmış və deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılmış vəziyyətdə qalmışlar. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları avtomobillərdən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər.