Nümayişçilər dövlət kanalına hücum edib

1 Sentyabr 2014 13:36 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Pakistanda aksiyalı keçən həftə sonunun ardından Baş nazir Navaz Şərifin istefasını istəyən nümayişçilər, ölkənin milli televiziya kanalı PTVnin İslamabaddakı mərkəz binasına hücum edib.

Televiziya kanalının qapılarını qırıb içəriyə girən hirsli kütlənin görünüşləri canlı yayında verilib.

Ölkədəki digər televiziya kanalları, qorunmaq üçün ordudan kömək istəyib.

Pakistanda həftə sonu boyunca davam edən nümayişlər bu səhər şiddətlənərək davam edib. Nümayişçilərin İslamabaddakı digər hökumət binalarına çubuq və daş atdığı məlumat verilib.