İbtidai məktəbə bıçaqlı hücum: 3 ölü, 6 yaralı.

1 Sentyabr 2014 14:45 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Çinin Hubey əyalətində bir adam ibtidai məktəbə bıçaqla hücum edərək 3 adamı öldürüb, 6 adamı yaralayıb.

Yerli polis əməkdaşlarının məlumatına görə, Çin soy adlı adamın Yun qəsəbəsi Dongfang ibtidai məktəbinə bıçaqla hücum edərək, 8 şagird və bir müəllimi bıçaqlayıb. Hadisədə 3 adamın öldüyünü açıqlanıb. Çin isə, hadisənin ardından binadan özünü ataraq intihar etdiyi bildirilib.

Yaralıların xəstəxanaya çatdırıldığını və hadisə ilə əlaqədar istintaq açıldığı bildirilib. Hücumun səbəbi və ölənlərin şəxsiyyətləri ilə bağlı məlumat verilməyib.

Çində müəyyən dövrlərdə ibtidai məktəb və ya ictimai sahələrə bıçaqlı hücumlar tez-tez baş verir və hücumçuların ümumiyyətlə ağılı tarazlığının yerində olmadığı bildirilir.