Bütün var-dövlətini İŞİD-ə bağışladı

1 Sentyabr 2014 17:41 (UTC+04:00)
Alman Der Spiegel jurnalı, İraqın keçmiş lideri Səddam Hüseynin qızı Raghad Hüseynin İŞİD-ə maliyyə dəstəyi təmin etdiyini iddia edib.

Movqe.Az bildirir ki, xəbərdə İordaniyada lüks həyat yaşadığı bildirilən Hüseynin " milyonlarla dollarlıq sərvəti olduğu" və bunun bir qismini İŞİD-ə köçürdüyü iddia edilib. 


Der Spiegelin, orta şərqli diplomatlara əsasladığı xəbərində, Baas rejiminin qisasını almaq istəyən Hüseynin iqtidar xəyalı qurduğunu iddia edib.