Ən böyük çəhrayı almaz sərgiyə çıxarılıb

12 İyul 2012 19:53 (UTC+04:00)
Movqe.Az xəbər verir ki,Avstraliyada indiyədək tapılmış ən böyük çəhrayı almaz sərgiyə çıxarılıb. Qiymətli daş Melburn muzeyində nümayiş olunur. "Argyle Pink Jubilee" adı verilmiş çəhrayı almazın ağırlığı 8 karatdan çoxdur və dırnaq ölçüsündədir.
Çəhrayı almazı muzeyə onu tapan "Rio Tinto" şirkəti hədiyyə edib. İndi bu nadir qiymətli daş Melburn Muzeyinin daimi kolleksiyasına daxildir.
Almaz ötən ilin avqustunda Avstraliyanın Şərqi Kimberli regionunda tapılıb.




/anspress/