Bir pişik və iki fərqli həyat

2 Sentyabr 2014 11:48 (UTC+04:00)
Yeni Zelandiyada bir siyam pişiyinin, 9 il müddətində sahiblərindən xəbərsiz iki fərqli həyat sürdüyü ortaya çıxıb. Alice Alexander Mingi 2000-ci ildə satın alıb. Ailə 2005-ci ildən etibarən pişiyin evə daha az gəlməyə başladığını görüb. Bir müddət sonra Ming,özünə yeni ailə tapanda onlarla yəni Smit ailəsiylə zaman keçirməyə başladı. Alexander ailəsi evə artıq nadir gələn pişiklərini hər yerdə axtarıb. Hadisə 4 ildən sonra Mingin, boynunda Klero yazan boyunbağısıyla aydınlaşıb.  İki ailənin Mingin, (Kleonun)  kimə aid olduğu mövzusunda razılığa gəlməsi gözlənilir.