Rəqsanə aparıcı Xoşqədəmin işinə pəl vurdu !

2 Sentyabr 2014 11:38 (UTC+04:00)
Müğənni Rəqsanə İsmayılova və qızı Aysun yeni layihə üzərində çalışır. Mövqe.az xəbər verir ki, ana və bala yeni verlişləri ilə tamaşaçılar qarşısına çıxacaq. Bu barədə Rəqsaə İsmayılova belə deyib: "Azərbaycan teleməkanında yep-yeni layihə - "Yar"ilə görüşünüzə gəlirik. Dəb yenilikləri, möhtəşəm ulduzlu qonaqlar, xanımları maraqlandıran hər şey səs-küylü "Yar" layihəsində olacaq. Verilişin daha bir özəlliyi isə odur ki, uzun zamandır, gözü yolda qalanların həsrətinə son qoyulacaq. Dəbli şouda siz itirdiyiniz doğmalarınıza da qovuşa biləcəksiniz, biz sizə bu şəraiti yaradırıq. Uzun zamandır gözləri yolda qalan analar öz övladlarına xanımlar üçün hazırlanmış "Yar"da qovuşacaqlar. Vətəndən kənarda olan, əlaqə yarada bilmədiyiniz ailə üzvləriniz varsa, xaricdə cəzaçəkmə müəssisələrində olan doğmalarınıza belə sizi "Yar" proqramı qovuşduracaq. Müraciət edə bilərsiniz".


Xatırladaq ki, doğmalarını axtarmaq üçün Azərbaycan teleməkanında ilk verliş Xoşqədəm Hidayətqızının apardığı "Səni axtarıram" verlişi olub. Hal-hazırda isə müğənni Rəqsanə İsmayılova da o tip verlişlə tamaşaçılar önünə çıxacaq.