Azərbaycanlı nazirin şikayəti icraata qəbul edildi
2 Sentyabr 2014 15:00 (UTC+04:00)
Bu gün Nəsimi rayon Məhkəməsində hakim Şəlalə
Həsənovanın sədrliyi ilə Ramil Usubovun Eldəniz Quliyevə qarşı
xüsusi ittiham qaydasında (CM-nin 147 və 148-ci maddələri) şikayəti
üzrə məhkəməyə hazırlıq iclası keçirilib.
Məhkəmədən "Qafqazinfo"ya verilən
məlumata görə, iclasda Ramil Usubov xüsusi ittihamçı kimi tanınıb
və onun şikayəti icraata qəbul edilib. Eldəniz Quliyev isə
təqsirləndirilən şəxs qismində məhkəməyə cəlb olunub. Məhkəmə
xüsusi ittihamçı Ramil Usubovun nümayəndəsi və vəkili qismində
Əlirza Həbilovun, təqsirləndirilən Eldəniz Quliyevin vəkili kimi
isə Elçin Sadıqovun prosesə buraxılması barədə də qərar qəbul
edib. İclasda Eldəniz Quliyevə
Azərbaycan Respublikası Cinayət Prosesssual Məcəlləsinin 91-ci
maddəsi üzrə hüquq və vəzifələri elan edilib. Məhkəmə baxış iclası
sentyabrın 8-i saat 11:00-a təyin olunub. Xatırladaq ki, R.Usubovun məhkəməyə müraciət etməsinə səbəb
E.Quliyevin avqustun 20-də KİV-ə verdiyi müsahibədə polisin
ünvanına böhtan və təhqiredici fikirlər
sələndirməsidir.CM-nin 147 və 148-ci
maddələri 6 ay müddətində azadlıqdan mərhumetmə cəzası nəzərdə
tutur.