İtgin kraliça ortaya çıxdı

2 Sentyabr 2014 16:30 (UTC+04:00)

Cənubi Koreyada may ayında təşkil edilən Miss Asiya Sakit Okean Gözəllik Yarışmasının 18 yaşındakı Myanmarlı kraliçası ortaya çıxıb. May Myat Noe təxminən 100 min dollarlıq gözəllik kraliçası tacıyla aradan çıxmaqda ittiham olunmuşdu.. 


Movqe.Az xəbər verir ki, birinci seçildikdən sonra ünvanı geri alınan May Myat Noe bir müddət idi ki, itgin düşmüşdü. Lakin müsabiqə təşkilatçılarının onu oğurluqda günahlandırması ilə gənc kraliça əlindəki bir qutuyla itib. Qutuda da oğurladığı iddia edilən tac olub.


18 yaşındakı May Myat Noe tacı geri vermək üçünsə bir şərt deyib. O da onu yalançılıq və oğurluqda təqsirləndirən təşkilatçıların üzr istəməsi olub. 


Myanmarlı gözəllik kraliçasının əlindən tacının alınmasıyla əlaqədar olaraq fərqli iddialar olub. Bir iddiaya görə May Myat Noe yarışmada seçildikdən sonra pərəstişkarlarına kobud davrandığı və yalan söylədiyi üçün, digər bir iddiaya görə isə sponsorlar tərəfindən xərcləri qarşılanan kraliçanın sonradan sinə böyütmə əməliyyatı etdirməyi rədd etməsi səbəbiylə ünvanı əlindən alınıb​​.