Eminin Bakıda konsert verəcək

2 Sentyabr 2014 17:36 (UTC+04:00)

Məşhur müğənni və bəstəkar Emin Ağalarov Bakıda konsert verəcək.

Movqe.az xəbər verir ki, bu barədə müğənni özü İnstagram səhifəsində məlumat yayıb.

O bildirib ki, konsert dekabrın 4-də "Crystal Hall" idman-konsert kompleksində baş tutacaq.

Konsertin biletləri artıq satışdadır.