Qadınların saç rəngi onun xasiyyətindən xəbər verir

13 İyul 2012 01:17 (UTC+04:00)


Movqe.Az bildirir ki, Britaniya alimlərinin araşdırmalarına əsasən qadınların saç rənginə görə temperamentlərini müəyyən etmək olar. Araşdırmalar göstərir ki, sarı saçlı qadınlar xaraktercə yüngül və şən olurlar. Əks cinsin nümayəndələri ilə rahat ünsiyyət edirlər. 

Psixoloqların sözlərinə görə, qara saçlı qadınların planlarında isə ilk növbədə karyera durur. adətən elə qara saçlı qadınlar varlı kişilərə ərə gedir. 

Ən temperamentli isə kürən qadınlardır.

Alimlər bunu hormonlarla əlaqələndirir.Lakin bütün bu xüsusiyyətlər saçlarının rəngini dəyişən qadınlara aid edilmir.

İtalyan psixoloqların fikrincə, saçlarının rəngində radikal dəyişiklik edən qadınlar həyatda baş verə biləcək bütün hadisələrə hazır olur.